Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aşıq Samirə Əliyeva ilə qalmaqalından danışıb.
"Yeni Sabah" xəbər verir ki, musiqiçi "Afaqla 10lar" verilişində xanımı Aysel İbrahimovanın Samirədən daha yaxşı oxuduğunu iddia edib.
O bildirib ki, aralarındakı mübahisə "Azərbaycanın səsi" proqramından başlayıb:
"Samirə bizə qarşı haqsızlıq edib. Çox təkidlə və xahişlə Vüqar Camalzadə Ayseli "Azərbaycanın səsi"nə apardı. Dedim, sənin yerin deyil, peşəkar ifaçısan. Amma getdi. Samirə evimizdə çörək kəsib, dostumuz olub. Dedim, Ayselə deyəcəyəm, səni seçsin. Ayselin sənəti Aşıq Samirəninkindən yüksəkdir. Aysel oxuyanı aşıq Samirə oxuya bilməz. Bu birmənalı şəkildə belədir, sübut da edərəm. Telefonumda səs yazıları da var. Düzgünlüyün tərəfdarıyam. Yaxşı ifaçını seçərəm. Dosta evində çörək yediyinə haqsızlıq olmaz. Samirə mənim üçün yoxdur. Mənə lazım olmayan insandır".
Qeyd edək ki, "Azərbaycanın səsi" layihəsində Samirə onun komandasında olan Ayseli yarışmadan uzaqlaşdırmış, bu isə onlar arasında qalmaqala səbəb olmuşdu.
Aydan Hacı
Telegram kanalımız