ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Türkiyədə “futbolda mərc” işi üzrə aparılan istintaq çərçivəsində 37 nəfər məhkəməyə göndərilib. Onların arasında tanınmış futbolçular və sabiq klub rəhbəri də var.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərlik etdiyi genişmiqyaslı qanunsuz mərc istintaqı üzrə polis idarəsində istintaqı başa çatan 37 şübhəli bu gün məhkəməyə çıxarılıb.Onların arasında “Qalatasaray” klubunun futbolçusu Metehan Baltacı, “Fənərbaxça”nın kapitanı Mert Hakan Yandaş, ali dərəcəli hakim Zorbay Küçük, eləcə də “Adana Dəmirspor”un sabiq prezidenti Murad Sancaq da var. Şübhəlilər tibbi müayinədən sonra İstanbul Məhkəməsinə gətirilib.Məlumata görə, dünən səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilən futbol şərhçisi və sabiq hakim Əhməd Çakarın müalicəsi davam edir. Çakarın müalicəsi başa çatdıqdan sonra onun da məhkəməsinin başlayacağı bildirilib.İstintaq çərçivəsində əlavə detalların yaxın günlərdə açıqlanacağı gözlənilir. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.