AZ

Benində çevriliş cəhdinin qarşısı alındı  

Benin Prezidenti Patris Talon ölkədə çevriliş cəhdinin uğursuz olduğunu rəsmən elan edib. 

Dövlət başçısı dövlət televiziyasında canlı çıxışında dekabrın 7-də  ölkədə son dərəcə ciddi bir hadisənin baş verdiyini deyib: bir qrup hərbçi silahlı üsyana cəhd edib. 

Prezident üsyanın tamamilə yatırıldığını bildirib. Patris Talon əmin edib ki, bu qiyamı təşkil edən və həyata keçirən bütün şəxslər müəyyən ediləcək və qanuna uyğun olaraq ən sərt cəza ilə üzləşəcəklər. 

Dövlət başçısı ölkədəki vəziyyətin silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin tam nəzarəti altında olduğunu qeyd edib və vətəndaşları sakit qalmağa və gündəlik fəaliyyətlərini davam etdirməyə çağırıb.

Dünən səhər özlərini "Yenidənqurma üzrə hərbi komitə" adlandıran bir qrup hərbçi dövlət televiziyası efirində  ölkədə hakimiyyəti ələ keçirdiklərini elan edən bir bəyanat yayıb.

Qısa müddət sonra Beninin daxili işlər naziri Alassane Seydu sosial media hesablarında çevriliş cəhdinin tamamilə uğursuz olduğunu təsdiqləyib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
64
azerbaijan-news.az

1Mənbələr