AZ

"Qəbələ" - "Turan Tovuz" oyunu dumana görə dayandırıldı

BAKI, 8 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIV turunun "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb Qəbələ şəhər stadionunda dumanlı hava şəraitinin olmasıdır.

Görüşün baş hakimi Tural Qurbanov 23-cü dəqiqədə komandaları soyunub-geyinmə otağına göndərib.

Seçilən
182
teleqraf.com

1Mənbələr