ABŞ ilə danışıqlarda Donbasın statusu ilə bağlı hələlik razılıq yoxdur.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
"Donbas, o cümlədən Donetsk və Luqansk vilayətləri üzrə danışıqlarda hələlik razılıq əldə olunmayıb", - Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, böhranın həlli üçün üç baxış var: ABŞ, Rusiya və Ukrayna.
O əlavə edib ki, problemin həlli ilə bağlı ortaq anlayış yoxdur. Ukrayna prezidenti həmçinin ölkəsi üçün təhlükəsizlik zəmanəti tələb edib.