AZ

Gültəkin Hacıbəyli ilə bağlı aparılan araşdırmanı Boraltan hadisəsi ilə müqayisə etmək tamamilə əsassızdır

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Radikal siyasi düşərgənin Türkiyədə Gültəkin Hacıbəyli ilə bağlı aparılan araşdırmanı Boraltan hadisəsi ilə müqayisə etməsi həm tarixi baxımdan, həm də siyasi kontekstdə tamamilə əsassızdır".Bu fikirləri Newscenter.az-a politoloq Ramiz Alıyev səsləndirib. Onun sözlərinə görə, Boraltan faciəsi II Dünya müharibəsi dövrünün qeyri-adi geosiyasi şərtləri, beynəlxalq hüquqi mexanizmlərin demək olar ki, mövcud olmaması və böyük dövlətlərin təzyiqi fonunda baş vermiş mürəkkəb bir hadisə idi:"Bu gün isə situasiya tamamilə fərqlidir: Türkiyə hüquqi dövlət prinsipləri ilə idarə olunur, istintaq və araşdırma mexanizmləri qanunvericiliyə əsaslanır, hər hansı addım konkret hüquqi prosedurlar çərçivəsində həyata keçirilir. Belə bir paralellərin qurulması siyasi manipulyasiya məqsədi daşıyır və emosional təəssürat yaratmaqla informasiya mühitini qarışdırmağa xidmət edir. Bu cür müqayisələr reallığı təhrif edir, tarixi faktların siyasiləşdirilməsinə səbəb olur və məqsədli şəkildə iki qardaş ölkə arasında inamsızlıq görüntüsü yaratmağa cəhd kimi çıxış edir". Ramiz Alıyev, "Radikal dairələr anlayırlar ki, Boraltan kimi simvolik və həssas hadisələr ictimai rəydə emosional rezonans doğurur və buna görə də həmin paralellərdən təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bu davranışın digər tərəfi isə Türkiyənin müvafiq hüquq-mühafizə və təhlükəsizlik qurumlarına dolayı təzyiq göstərmək cəhdidir. Hadisənin siyasi çalarlarla təqdim edilməsi, araşdırmanın guya “siyasi sifariş” kimi qələmə verilməsi və ictimai müstəviyə çıxarılması hüquqi prosesə müdaxilə görüntüsü formalaşdırmağa hesablanıb. Halbuki Türkiyə dövlət qurumları öz fəaliyyətini daxili qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir və xarici təzyiq cəhdlərinə qarşı həssasdır",-deyə vurğulayıb. Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
newscenter.az

2Mənbələr