ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakı–Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 156 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolun hərəkət hissəsində yerləşən piştaxtaya çırpılıb. Zərbənin təsirindən piştaxta aşıb, üzərindəki güllər isə yola dağılıb.Xoşbəxtlikdən hadisə zamanı ərazidə insan olmayıb.
Bu cür halların qarşısının alınması üçün həm sürücülərin, həm də yolkənarı obyekt sahiblərinin təhlükəsizlik qaydalarına ciddi riayət etməsi vacibdir.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.