Bir neçə aydır ki, təhqir və böhtan maddəsi ilə həbsdə saxlanılan müğənni Dəniz Əsədovaya yeni ittihamlar elan olunub.
NOCOMMENT.az Gununsesi.info–ya istinadən xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müğənni Dəniz Əsədova barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və məhkəməyə göndərilib.
Məlumata görə, müğənni Cinayət Məcəlləsinin 308.2 ( Vəzifə səlahiyyətlərindən sui‐istifadə) , 32, 311.2 (Rüşvət alma (passiv rüşvətxorluq) ) 312.2.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) 313( Vəzifə saxtakarlığı)və 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, bu cinayətlərə görə dövlətə vurulmuş zərər 1 milyon 640 min manat müəyyən edilib.
Belə ki, müğənni Dəniz Əsədova bir qrup şəxslərlə əlbir olaraq vətəndaşlara saxta əlillik dərəcəsi düzəltdirib.
Nəticədə dövlət büdcəsi külli miqdarda zərərə düşüb.
Bu iş üzrə başqa həbs olunanlar da var.