AZ

Misin qiyməti rekord həddə çatdı

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Çin hökumətinin 2026-cı il üçün əsas iqtisadi prioritet kimi daxili tələbatın gücləndirilməsi ilə bağlı bəyanatları fonunda mis qiymətləri rekord həddə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, əsas metalın qiyməti 1,3% artaraq rekord həddə - 11 771 dollara çatıb. Agentlik qeyd edib ki, qiymət artımı Çin hökumətinin Pekinin “orta dərəcədə güzəştli” pul siyasətini davam etdirərək, fiskal siyasətə “daha fəal” yanaşmağı planlaşdırdığı barədə açıqlaması fonunda baş verib.

“Mis elektrik şəbəkəsinin modernləşdirilməsinə və hesablama gücünün inkişafına yönəlmiş dəstək tədbirlərindən faydalanacaq. Artım sürəti kifayət qədər optimist olaraq qalır”, - Çin brokeri “Cofco Futures Co”nun analitiki Suy Vantsu bildirib.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
14
yeniavaz.com

9Mənbələr