Qazaxıstan Məclisinin deputatı Murat Abenov istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsindən danışıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, satıcı ilə alıcı arasında sosial şəbəkələrdə və messencerlərdə aparılan hər cür yazışma, o cümlədən video və audioməsajlar artıq müqavilənin tərkib hissəsi sayılacaq.
Deputat bildirib: “Bizim aramızda olan istənilən söhbət, istənilən video qeydi, WhatsApp-da* olan hər cür yazışma, sizin verdiyiniz istənilən reklam müqavilənin ayrılmaz hissəsidir. Əgər biz yazışmışıqsa, mən “Kaspi” vasitəsilə pul köçürmüşəmsə, siz mənə “zəmanət 3 il olacaq” deyə söz vermisinizsə, bütün bunlar müqavilə sayılır. Əgər bu öhdəliklər yerinə yetirilməzsə, o, “arımızda müqavilə olmayıb, mən imza yazmamışam” – deyə bilməz. Bütün yazışmalarımız müqavilə hesab olunacaq”.
Öhdəliklər yerinə yetirilmədiyi halda, alıcı məhkəməyə müraciət etmək hüququna malikdir və məhkəmə onun ərizəsini qəbul etməyə borcludur.
Rəsmiyyə Şərifova,
KONKRET.az