AZ

Qubernator müşaviri: “Sakinlər evlərini Ukraynanın KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kursk və Sudja şəhərlərində 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumu zamanı əmlakını itirmiş şəxslərə verilən aylıq ödənişlərin ləğvi fonunda sakinlərin spontan toplantıları keçirilib. Region rəhbəri Aleksandr Xinşteyn dekabr ayında 65 min rubl məbləğində ödənişlərin dayandırıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət bu vəsaitləri Kursk vilayətinin bərpası və inkişafı üçün digər dəstək tədbirlərinə yönəltmək və regionun iqtisadiyyatına təkan vermək qərarına gəlib.

Kurskdakı toplantı zamanı sakinlər ödənişlərin saxlanılması xahişi ilə rəhbərliyə yazılı müraciətlər təqdim ediblər. Toplantı iştirakçılarının qarşısına Kursk vilayətinin qubernator müşaviri Viktoriya Penkova çıxıb. Kursklu fəal Vladimir Sinelnikovun bildirdiyinə görə, Penkova deyib ki, “Kişilər döyüşlərdən qaçmaq əvəzinə evlərini müdafiə etməli idilər”.

Bu ifadə Sinelnikovun paylaşdığı videoya tam şəkildə düşməsə də, Penkova kameraya öz mövqeyini təsdiqləyib. Viktoriya Penkova 2025-ci ilin yanvarında Kursk vilayətinin qubernatorunun baş müşaviri vəzifəsinə təyin olunub. Onun səlahiyyətlərinə sərhədyanı ərazilərdə yaşayan sakinlərin problemli məsələləri ilə məşğul olmaq daxildir.

Ukrayna ordusunun bölmələri 6 avqust 2024-cü ildə Kursk vilayətinə daxil olub və Sudja şəhəri də daxil olmaqla regionun bir hissəsini nəzarət altında saxlayıblar. 12 mart 2025-ci ildə Rusiya Müdafiə Nazirliyi Sudjanın azad edildiyini açıqlayıb, region rəhbəri Aleksandr Xinşteyn isə 275 nəfərin təxliyə edildiyini bildirib.

USQ-nin hücumundan sonra azı 300 mülki şəxs itkin düşmüş hesab olunurdu. İstintaq Komitəsi döyüşlər zamanı 190 dinc sakinin həlak olduğunu bildirsə də, müharibə şəraitində bu məlumatları təsdiqləmək mümkün deyil.

Ağagül Mürsəlov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
konkret.az

2Mənbələr