AZ

İsrail BMMT-yə Qəzza zolağında humanitar yardım missiyasının həyata keçirməsi üçün öz ərazisindən istifadəyə razılıq verib

Vyana, 8 dekabr, AZƏRTAC

Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Qəzza zolağında ağır humanitar vəziyyətdə qalan mülki əhalinin müdafiəsi və dəstəyi üçün səylərini davam etdirir.

AZƏRTAC beynəlxalq quruma istinadla bildirir ki, təşkilatın Baş katibi Ərgüc Kələntərli üzv dövlətləri humanitar təşəbbüsə dəstək göstərməyə çağırış edib.

Bununla əlaqədar İsrail Hökuməti rəsmi şəkildə humanitar təşəbbüsə icazə verib. Bu icazə humanitar yardımın təhlükəsiz, koordinasiyalı və səmərəli şəkildə İsrail ərazisindən keçməklə zərərçəkmiş mülki əhaliyə çatdırılmasına imkan yaradacaq. BMMT rəhbərliyi qeyd edir ki, İsrail tərəfinin göstərdiyi konstruktiv əməkdaşlıq təşkilatın humanitar fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Təşkilat həmçinin vurğulayır ki, bütün humanitar əməliyyatlarda neytrallıq, müstəqillik və humanizm prinsipləri rəhbər tutulur və bu çərçivədə bütün tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
100
4
azertag.az

5Mənbələr