AZ

Ermənilərin gözlədiyi olmadı, Bakıya şad xəbər verildi Qərar nə zaman açıqlanacaq?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Ermənistanla yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas iki tələbindən biri olan ATƏT-in Misk qrupunun ləğvi reallaşdı. Bakının növbəti tələbi isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Lakin bunun 2026-cı ildə baş tutacaq parlament seçkilərindən sonraya saxlanılacağı bildirilir. Belə ki, mövcud hökumət seçkilərdə qələbə qazandıqdan sonra növbəti addım kimi konstitusiya dəyişikliyə getməyi planlayır. Lakin hakim partiyanın hazırda xalq arasında reytinqinin kifayət qədər aşağı olması seçki prosesi ilə bağlı narahatlıq doğurur.

Bakının ikinci tələbi nə zaman reallaşacaq?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan artıq Azərbaycanın şərtlərini qəbul edib:

“ATƏT Minsk qrupu buraxılıb. Lakin Ermənistan sülh müqaviləsinin imzalanması ilə paralel olaraq Minsk qrupunun da fəaliyyətini davam etdirməsinə çalışırdı. Dəyişən geosiyasi şərtlər və Azərbaycanın prinsipial mövqeyi nəticəsində İrəvan hökuməti Bakının şərtlərini qəbul etdi.

Məhəmməd Əsədullazadə

Referendum məsələsinə gəldikdə, onsuz da Ermənistan Konstitusiyasında dəyişikliklər olmayacaq. Mövcud Konstitusiya qüvvədən düşəcək, yeni yazılmış Konstitusiya mətni qəbul ediləcək. Baş nazir Nikol Paşinyan ölkəni idarə edən mövcud Konstitusiyanı qəbul etmir və onun yenidən yazılacağını vurğulayır.

Ümumiyyətlə, Konstitusiya yenidən yazılır. Ona görə də, Ermənistan əhalisi yeni geosiyasi çağırışlara cavab verən və qonşularla sülh içində yaşamağı təşviq edən Konstitusiya referendumuna səs verəcək. Əksi isə Paşinyanın məğlub olması deməkdir.”

Turan Rzayev

Globalinfo.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
globalinfo.az

2Mənbələr