Bratislava. Trend:
Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksəksəviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz stratejitərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.
Trend-in xüsusi müxbirinin məlumatına görə, busözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidentiİlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
O qeyd edib: “Bizim ölkələrimiz dost ölkələrdir vəmünasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. SlovakiyaAzərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaşhesab edir”.