AZ

Bu səbəbdən Azərbaycanda məhsullar baha satılır AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bazarda qiymətlər çoxsaylı faktorların təsiri ilə formalaşır. Eyni ölkədən alınan eyni məhsulların fərqli bazarlarda müxtəlif qiymətlərlə satılması tamamilə normal haldır. Çünki məhsulun alınma partiyasının həcmi, daxili bazardakı payı və satış dinamikası qiymətə birbaşa təsir edən əsas amillərdəndir".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.O, bildirib ki, ikinci vacib faktor məhsulun çatdırılma xərcləridir:"Transport xərclərində baş verən dəyişikliklər qiymətləri formalaşdıran əsas təsir vasitələrindən biridir. Bu baxımdan Azərbaycan ən əlverişsiz mövqedə olan ölkələrdən sayılır. Dənizə çıxışın olmaması, logistika marşrutlarının bahalığı və əlavə tranzit xərcləri qiymətlərin yüksəlməsinə səbəb olur".Ekspert bildirib ki, digər tərəfdən, hökumətlərin vergi və gömrük siyasəti də qiymətlərin formalaşmasında mühüm rol oynayır:"Azərbaycanda tətbiq edilən gömrük rüsumları çox vaxt daxili bazarın real ehtiyaclarına uyğunlaşdırılmır. Qiymət sabitliyinə dair müəyyən mexanizmlər mövcud olsa da, praktiki olaraq ucuzlaşma müşahidə olunmur. Üstəlik, yerli istehsalı olmayan və ya keyfiyyət baxımından tələbləri ödəmyən məhsullara yüksək rüsumların tətbiqi də geniş yayılmış təcrübədir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda diferensial ƏDV sistemi də hələ tətbiq edilmir ki, bu da qiymətlərə təsir göstərən vacib məqamlardandır".Onun sözlərinə görə, bazarın strukturu, oyunçuların sayı, əvəzedici məhsulların mövcudluğu, rəqabətin səviyyəsi, inhisarçılıq meylləri və kartel sövdələşmələri də qiymətlərin artırılmasına təsir edən digər mühüm faktorlardır:"Bu səbəbdən bazarda qiymətlərin yüksək olması tək bir amillə deyil, kompleks iqtisadi və institusional səbəblərlə bağlıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
demokrat.az

1Mənbələr