AZ

Azərbaycan bodibildinqçiləri dünya çempionatında 6 medal qazanıblar

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın kişi bodidildinqçiləri Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində keçirilən dünya çempionatında 6 medal qazanıblar. Sport24.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, "Junior Mens Physique" kateqoriyasında təmsilçimiz Əhməd Quluzadə birinci olub.

Eyni kateqoriyada mütləq qalib adını isə Aşur Abdullayev qazanıb. Bu kateqoriyada digər təmsilçimiz Tərlan Əliyev 2-ci yeri tutub.

"Muscular Mens Physique" üzrə mübarizə aparan Kamil Əliyev 3-cü olub. Ə.Quluzadə həmçinin "Mens Physique" kateqoriyasında da bütün rəqiblərini üstələyib.

Bodibildinq yarışlarında çıxış edən Təyyar Vəliyev 1-ci olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
6
sport24.az

7Mənbələr