AZ

Xaricdəki vətən xainləri bizi niyə söyür? Rauf Arifoğlunun yazısı

Bir sürü şərəfsiz. Gerçək vətən xainləri. Söyüş – yaratıqlar. Ağızlarından nəcis yağır. Hər gün efiri, informasiya məkanını üfunətə boğurlar. Abırı olan hər kəs özünü, adını bunlardan kənarda tutmağa çalışır. Kim poxa bulaşmaq istər ki.

Biz də istəmirik. İstəməzdik. Amma aylardır bizi hədəf alıb, adımızı çəkib, fotolarımızı kanallarına qoyub, ağızlarından sıçırlar…

*Andreas Qross Bayıl türməsinə niyə gəlmişdi?*

Bu şərəfsizlər qaçıb, sığınıblar Avropaya. Sığınmaq bir şey deyil, siyasi sığınacaq alanlara da, ölkəsini dəyişib, həyatını yenidən quranlara da sözüm yoxdur. Zamanında müxalifət liderlərindən biri kimi, onların bir çoxunun sığınacaq almalarına da köməyim dəyib. Rəy, imza vermişəm. 2004-cü ildə Bayıl həbsxanasında yatanda AŞPA-dan Andreas Qross bir siyahı ilə gəlmişdi, 2003 seçkilərindən sonra Avropaya qaçanların adları idi. ‘Yeni Müsavat’ın əməkdaşları da vardı. Onları bizdən, o cümlədən də məndən soruşdu. Problemləri varmı, Avropaya qaçma səbəbləri barədə özlərinin göstərdikləri səbəblər gerçəkmi, əhəmiyyətli simalardılarmı. Kimə ki, rəy verdik, hər kəs sonradan sığınacaq aldı. Kimə mütərəddid qaldıqsa, tanımadığımızı dediksə, onları qısa müddət sonra geri göndərdilər.

*Söyüşdən doğulanlar*

Amma bu şərəf yoxsulları bir başqadırlar. Özlərini də, ləyaqət və mənsubiyyətlərini də xarici kəşfiyyatlara peşkəş çəkiblər. Azərbaycana qərəzli olanlar, düşmən kəsilənlər onların boynuna xalta keçirib, Azərbaycan səmtinə hürdürürlər. Nələr demirlər! Söyüş, söyüş, ancaq söyüş. Kimdən danışırlar, fərqi yoxdur. Nə tənqid var, nə təhlil var, nə bir kəlmə obyektiv dəyərləndirmə. Elə ilk cümlələri söyüşlə başlayır, son cümlələri söyüşlə bitir. Onların hətta iddiaları da, böhtanları da, təhqirləri də söyüş standartındadır.
Bizim də ünvanımıza təkrarı belə adamı şoka salan söyüşlü ifadələr, söyüşlü qarayaxmalar, söyüşlü böhtanlar yağdırırlar. Sonra da deyirlər, çıxın, cavab verin ki, yalandır… Bir neçə aydır ki, rol bölgüsü ilə bunu hər gün edirlər. Bilirsiniz, niyə belə ölçüsüz, rahat söyürlər, hədəfə alırlar hər kəsi? Dövlət rəhbərlərindən tutmuş, jurnalistlərə qədər. Çox sadə səbəbdən. Özlərini təhlükəsiz mühitdə sayırlar. Cəzasızlıqdan qudurublar. Onlara ‘fas’ deyən sahibləri ‘qorxmayın’ da deyirlər, anlaşılan budur. Və qoruyurlar bu itləri.

*Əlövsətin oğlu Tural – keçmiş müsavatçı, redaksiyamızda sülənən küçük*

Kimdir onlar? Ən başda şərəf-ləyaqət, insanlıq və kişilik ölçülərini itirmiş, adamlıqdan çıxmış Tural Sadıqlı gəlir. Bir zamanlar eyni partiyada olmuşuq. Atası Əlövsət Sadıqlını 1992-ci ildən tanıyıram. Az qala Turalın yaşı qədər yəni. Turalın özünün ilk yazılarını dərc etmişəm, Müsavat gəncləri ilə redaksiyamıza gəlib-gedirdi, hər dəfə mənə heyranlığını ifadə edirdi. İşdən çıxarılanda onu açıq müdafiə etdik, bir qədər sonra ‘’Yeni Müsavat’’da işləmək üçün müraciət etdi. O səviyyədə deyildi, işə almadıq, amma birdən də ölkədən qaçıb, getdi. Atası gəldi, yalvardı, oğlunun siyasi mühacir statusu alması üçün ‘’Yeni Müsavat’’ qəzetində yazının getməsini xahiş etdi. 24 mart 2014-cü ildə Turalın Azərbaycanda necə təqib olunması ilə bağlı atası Əlövsətin açıqlamasını verdik, Turaldan da müsahibə alıb, yerləşdirdik. Həyatına müsbət toxunuşlarımız olub, kifayət qədər. Mühacirətinin və efir fəaliyyətinin ilk illərində digər şərəfsizlərə nisbətən daha təmkinli idi. Onu bəzən digərlərinə nümunə göstərirdik, hətta arada öz efirimizə də çıxarırdıq. Amma indi ünvanımıza, adımıza daha çox hürür, şərəfsiz açıqlamaları ilə söyüş bloggerlərinin hamısını keçib. İndi o, Avropadakı YouTube itlərinin ən şərəfsizi, ən ləyaqətsizi, ən satqını və cındırıdır.

*Niyə Sevinc Telmanqızı hədəf seçilib – Sifariş kimdəndir?*

Tural Sadıqlı aylardır TV Musavatın baş redaktoru və aparıcısı Sevinc Telmanqızını əsas hədəf seçib. Üstəlik, özü kimi şərəf yoxsulu, vətən xaini dostlarını da ona istiqamətləndirib. O və digərləri illərdir məni söyür, təhqir edir, ünvanıma böhtanlar yağdırırlar. Yuxarıda dediyim kimi, nəcisə ayaq basmamaq üçün fikir vermirəm. Lakin indi Azərbaycanın ən ləyaqətli, dürüst, vicdanlı və populyar xanım jurnalistlərindən birini – Sevinc Telmanqızını açıq və qərəzli hədəf seçiblər.
İstənilən cəmiyyətdə qadına toxunan kampaniya daha dərin rezonans yaradır. Üstəlik də ölkəsinin tanınmış, ictimai rəyə təsir edən qadınlarına. Bunu da hesablayıblar…
Ramiz Mehdiyev ifşa olandan və Azərbaycanda onunla bağlı proseslər başlayan ilk gündən Sevinc xanım bu şərəfsiz dəstənin hədəfindədir. Kimsə düyməni basdı və bu dəstə Sevinc xanımı hədəfə götürdü. Onlar xarici kəşfiyyatlarla işləyirlər, buna şübhə yoxdur. Lakin artıq hər kəsə bəllidir ki, bu qəhbələr Azərbaycandan da sifarişlər alırlar. Ölkədə bunların bəzi yaxınları maklerlik də edirlər. Pul alır, sifarişi onlara ötürür, konkret adamları söydürürlər. Şou-biznesdə, siyasətdə, ictimai mühitdə, iş sektorunda bəziləri öz rəqiblərini, dalaşdıqları adamları, gözləri götürməyən simaları pulla sifariş edə bilirlər. Efirdə özlərini mübariz oğlanlar kimi göstərib, güya ‘’korrupsiyaya, hakimiyyətin ədalətsizliyinə qarşı mübarizə’’ apardıqlarını deyən bu tasmalı köpəklər 300-500 manata ona-buna cuman, söyən, sifarişlə hürən ucuz ‘’qəhbə’’lərdir. İndi görünən budur ki, Ramiz Mehdiyev klanının uzantıları, ya da bu klanı formalaşdıran, idarə edən ölkənin kəşfiyyatı davamlı olaraq bizləri, özəlliklə də Yeni Müsavat Media Qrupunun görəsəl xəbərlərinin ən populyar təqdimatçısı Sevinc Telmanqızını uzunmüddətli ‘zakaz’ ediblər. Avropadakı efir itləri də hər şeyi bir kənara buraxıb, Sevinc xanımın üstünə cumublar. Səbəbi bilirsiniz nədir? Sevinc Telmanqızı ay ərzində milyonlarla baxış toplayan aparıcıdır. Onun efirdə oxuduğu, hazırladığı xəbərlər təkcə izlənilmir – sitata çevrilir, min dəfələrlə yayılır, müzakirə olunur. Bu, informasiya savaşında, rəqabətində ciddi kapitaldır. Ona görə də hədəfə çevrilməsi siyasi-psixoloji izah tələb etmir – görünən güc həmişə atəş altına alınır. İndi Sevinc xanım gerçəkdən də vətən xainlərinin, gizli şəbəkələrin, o cümlədın də şimal qonşumuzun atəşi altındadır. Çünki öz fəaliyyəti ilə onların Azərbaycan cəmiyyətinə, dövlətinə yönəlik sifarişli kampaniyalarının önünü kəsir, informasiya manipulyasiyalarına meydan buraxmır. İstər YouTube platformasında, istərsə də TikTok platformasında ən tirajlı informasiya aktrlarından biridir Sevinc Telmanqızı. Buna görə də bir çox bədxahın hədəfidir.
Onu susdurmaq, irzukdirmək üçün nələr deyirlər, ilahi! Bir qadına, bir anaya, bir jurnalistə bu qədər ‘diqqət’, onu aylarla hədəfdə saxlamaq, özünə, ailəsinə, azyaşlı uşaqlarına, qardaşına söyüş, təhqir yağdırmaq birdən-birə bunlara niyə əsas mövzu oldu? Bir gün biri, o birisi gün digəri. Mirzəlisi, Qabili, Elşadı, Turalı – bütün YouTube itlərini səfərbər edib, bir ləyaqətli, çalışqan və istedadlı Azərbaycan qadınının üzərinə salıblαρ.

*“TV Musavatdan çıx, bizə qoşul”*

Xatırlayaq… İlk günlər ritorика yumşaq idi. Ona açıq deyirdilər, sən niyə Musavatda, Rauf Arifoğlunun yanındasan, populyarsan, sevilirsən, tirajlısan, çıx oradan, istefa ver, özünə kanal aç, biz də sənə kömək edərik, hətta gəl Avropaya, sənə hər cür dəstək veriləcək… Nəticə ala bilmədilər. Sevinc möhkəm çıxdı. Sərtləşdilər, ağızlarından nəcis daşırdılar, Sevinc Telmanqızının üzərinə elə bir abırsız hücum çəkildi ki, bunun heç analoqu olmayıb. Məqsəd, onu bezdirib, çəkindirib, susdurmaq, efirdən və info-liderlikdən çıxarmaq idi. Amma Sevinc Telmanqızı bunların gözləntisini doğrultmadı. Həm dirəndi, efirdə qaldı, həm də ünvanlarına elə cavablar verdi ki…
Tural Sadıqlı da, ləyaqətsiz və fahişə xarakterli, gerçək vətən xaini, erməni televiziyalarının ulduzu Məhəmməd Mirzəli də darmadağın oldular. Ona-buna “fahişə”, “tərbiyəsiz” və sair epitetlər yağdıran Tural Sadıqlının arvadının onu necə buynuzlaması, aldatması, səsini yazması və ictimailəşdirməsi hər kəsə bəlli oldu. Tural bundan sonra bir yerini cırsa da, onu Sevinc Telmanqızının hazırladığı cavab videoları ilə tanıyacaqlar. Turalın şərəfsiz adına ‘peçat’ vuruldu. Buynuzu sındı. Ona soxuşdurulan və “arvadı” olan Şəlalənin başına açdığı oyunları bilənlərin sayı getdikcə çoxalmaqdadır. Bunu kompleks edirmiş. Aqressivliyinin bir səbəbi də buymuş. Onu da bildik…
Geniş kütlələr onu da bir daha xatırladı ki, bu şərəfsiz vətən müharibəsi günlərində, antiterror əməliyyatları zamanı Azərbaycan dövlətini, ordusunu hədəfə almış, ermənilərə dəstək vermişdir. Bununla bağlı Sevinc Telmanqızının hazırladığı möhtəşəm filmin linkini də təqdim edirəm (https://musavat.com/news/tural-sadiqlidan-muharibede-azerbaycan-xalqina-tehqir-boyunuzu-yere-soxum-sok-videolar-ortada-video_1220682.html).

*Bağışla, Sevinc Telmaqızı, səni bu itlərdən qoruya bilmədim*

Təəssüflə bildirirəm ki, hədəfdə olan dövlət adamlarımızı da, Sevinc xanımı da bu mənəviyyatsız və ləyaqətsiz gədələrdən qorumaq çox çətindir. Bu baxımdan duruşuna, dirənişinə və bir çox mərdcə, qorxmazca savaşmasına heyranlığımı, hörmətimi ifadə etməklə yanaşı, ondan üzr də istəyirəm. Media Qrupun rəhbəri, 25 illik ailə dostu olaraq onu, yaxınlarını bu şər-şəbədə dəstəsindən, onların təhqir və böhtanlarından qoruya bilmədiyim üçün məni bağışlasın.
Sevinc çalışqan, gözütox və öz ruzusunu öz zəhməti ilə qazanan jurnalistlərdəndir. Dövlət təltiflərindən, jurnalistlərə verilən evlərdən iki dəfə imtina edib, halal qazancları ilə dəyərli yazarımız Zamin Hacı ilə Biləcəridə aldıqları mütəvazi və kiçik bir evdə yaşayırlar. İşə hər kəsdən tez gələr, hamıdan çox işləyər, efirlər verər, yazılar yazar, həftəlik qonorar üçün bütün gücü ilə hər gün yorulana qədər çalışαρ… Bu gün TV Musavatın 480 min, TikTok platformamızın 675 min tiraja çatmasının səbəbi onun bu çalışqanlığıdır. Bəli, Media Qrupumuzun və Azərbaycan mətbuatının ən ciddi, tirajlı və tanınmış siması bu gün vətən хainlərinin hədəfindədir.

*Şəlalə deyib, Turala sataşır?*

Bu şərəfsizlər onlara ‘’zakaz’’ olunan isimlərin ünvanına nə istəsələr deyirlər, söyürlər, texnologiyanın verdiyi imkanlardan, süni intellektin yaratdığı şəraitdən də istifadə edib, heç bir dəxli olmadan ailə üzvlərimizi, övladlarımızı, doğmalarımızı, yaxınlarımızı da hədəfə alırlar, onlara qarşı infoterror həyata keçirirlər. Dediklərinin içəriyi böhtandır, yalandır, fantaziyadır. Amma söyüşlüdür, təhqiramizdir, biədəbdir, ağırdır. Məsələn, Tovuz adına ləkə olan, şərəf yoxsulu tayqulaq Qabil mənim əmimqızı Şəlalədən, onun fahişəliyindən, guya Tovuzdakı yaramaz qohumlardan və s. danışır, təhqirlər yağdırır. Sizə tovuzluların bir xarakterini deyim – özünü gerçək tovuzlu bilən kimsə digər eloğlusu haqqında yaman sözlər deməz, söyməz, onu ictimailəşdirməz. Tayqulaq Qabil donqili tovuzludur, ona görə də onda nə kişilik var, nə də tovuzlu xarakteri. Bu itin, şərəfsizin dedikləri də özü kimi geydirmədir. Bunu da sözarası qeyd edim – mənim nə əmim var, nə Şəlalə adlı uzaq-yaxın qohumum, nə də tanışım. Atamın da, anamın da birinci dərəcədən qohumlarının hamısı gəncliklərindən Bakıda, Sumqayıtda yaşayırlar. Qaldı Şəlaləyə… Qabil ‘’Şəlalə adlı fahişə’’ axtarırsa, Tural Sadıqlıya müraciət eləsin, bəlkə köməyi dəydi. Əslində deyəsən o, Şəlalə adı ilə Turala sataşır…

*Zəfərin və Azərbaycanın gerçək düşmənləri*

Bəli, heç zaman rastlaşmadığımız situasiyadır. Şəxsən mən 36 illik qəzetçilik karyeramda çox polemikalara, çox söz davalarına qatılmışam, haqqımda çox təhqirlər, tənqidlər edilib, mən özüm də hakimiyyətdən tutmuş, siyasi səhnədə fəaliyyət göstərən bir çox siyasi fiqurların ünvanına sərt sözlər demiş, yazmış, hətta bəzən əndazəni də aşmışam. Amma bunlar başqadır. Bunların etdikləri ölçüyə, racona, əndazəyə, insanlığa, kişiliyə, hətta nakişiliyə belə sığmır. Bunlar danışmırlar, bunlar ağızları ilə sıçırlar. Efirə, minlərlə insanın gözünü zillədiyi xəbər məkanına, informasiya sahəsinə.
Onların bəziləri açıq şəkildə Ermənistan kəşfiyyatı ilə əməkdaşlıq edir. İrəvana gediblər, dəfələrlə Ermənistan televiziyalarına çıxıblar, Azərbaycana, ordumuza, müharibəmizə qarşı danışıblαρ, şərəfsizcə xəyanət ediblər. Bax, biz indi belələrinin hədəfindəyik. Məsələn, Məhəmməd Mirzəli adlı bir yaratıq Ermənistan televiziyalarında Azərbaycan və Türkiyənin əleyhinə dəfələrlə açıqlamalar verib, hər iki ölkənin liderlərini düşmən efirində təhqir edib. Tural Sadıqlı da, İsveçrədə fəaliyyət göstərən Elşad Məmmədov adlı adını çəkməyə belə layiq olmayan üzdəniraq məxluq da hər zaman Azərbaycanı, onun Zəfər qazanmış Prezidentini, ordumuzu, qələbəmizi hədəfə alıblαρ. 2020-ci ildəki zəfərimizdən sonra Ermənistan və ona havadarlıq edən xristian klubu ölkələri Azərbaycanın informasiya suverenliyinə qarşı daha kəskin hücuma keçiblər. Müharibə meydanından media platformasına keçirilən savaşa bu gün xaricdən idarə olunan azərbaycandilli blogger qrupunu da qoşublar. Dövlət institutlarına, Prezidentə, Birinci vitse-prezidentə, ordumuza, dövlət rəmzlərinə qarşı açıq-aşkar təhqir, söyüş, şantaj və dezinformasiya formalaşdıran bir şəbəkə yaradılıb.
Bunları birləşdirən ortaq keyfiyyətlər – Azərbaycana nifrət, erməniyə, Paşinyana simpatiya, Zəfər qazanan Liderə və Dövlətə xəyanət. Bütün kateqoriyalar üzrə bunlar dönükdürlər, vətən xainləridirlər.

*Vardanyanı, Arutyunyanı qulağından tutub Bakıya gətirən dövlət Turalı, Qabili, Elşadı, Mirzəlini də gətirəcək – az qaldı*

Görünən budur ki, bu yaratıqlar inanırlar ki, cəzasız qalacaqlar, kimsə onlara heç nə edə bilməyəcək. Bütün əndazələri aşmanın, bunca alçaqlıq yapmalarının tək səbəbi budur. İşlədikləri kəşfiyyat qurumları onları buna inandırıb. Amma yanılırlar. Və bu yanılma onların günahlarını getdikcə yüksəltməkdədir.
Bir zamanlar milyarder Ruben Vardanyan da cəzasız qalacağına inanırdı. Dünyanın ən güclü isimlərindən biri, Rusiyanın bölgədəki layihəsinin qəhrəmanı sayılırdı. Qondarma rejimin geydirmə “prezidenti” Araik Arutyunyan da elə düşünürdü və buna əmin idi. Hər ikisi Azərbaycana, Prezidentimizə, millətimizə qarşı ağızlarına gələni danışır, təhdid və təhqir edirdilər.
Azərbaycan dövləti dünyanın ən arxalı köpəyi olan Ermənistanı məğlub etdi, Rusiyanın, ‘’xristian klubu’’ ölkələrinin qurduğu, müsəlman İranın dəstəklədiyi erməni ordusunu əzdi, üstündən keçdi, dağıtdı. Milyarder Ruben Vardanyanı qulağından tutub, Bakıya gətirdi, Araik Arutyunyanı, digər separatçı xainləri, Azərbaycana söz və mərmi atan düşmənləri yaxaladı və tarixə görk olsun deyə, mühakiməyə çıxartdı. İndi onlar məhkəmə önündə yalvarırlar, zülm etdikləri, hədəfə aldıqları azərbaycanlılar da üzlərinə tüpürürlər.
Bu YouTube itləri bir zibil deyillər, dövlət indiyə qədər o qədər də önəm vermirdi. Amma bir məlumatı paylaşıram ki, bu şərəfsizlər artıq Dövlət Babamızın diqqətini çəkiblər. Onları yaşadıqları şəhərlərdən, gizləndikləri dəliklərdən çıxarıb, Azərbaycana gətirəcəkləri günə çox az qalıb.
Bu şərəfsizlərin, vətən xainlərinin üzlərinə tüpürməyə növbə olacaq. İndidən yazilin.

*Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri, əməkdar jurnalist*

Seçilən
106
veteninfo.az

1Mənbələr