AZ

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan və İtaliyaarasında ticarət dövriyyəsinin həcmi 10,6 milyard dollar təşkiledib.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 984 milyondollar və ya 10,3 faiz çoxdur.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsinin Azərbaycanınümumi ticarət dövriyyəsindəki payı 25,83 faiz təşkil edib. Beləcə,ölkə Azərbaycanın hesabat dövründə ən çox qarşılıqlı ticarətəməliyyatları həyata keçirdiyi ölkələr arasında birinci yeritutub.

Yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 10,1 milyon dollardəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 1 milyard dollar və ya 11,2% çoxdur.

Hesabat dövründə İtaliyadan Azərbaycana 407,9 milyon ABŞ dollarıməbləğində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2024-cüilin müvafiq dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 7,9%azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dollarını ixrac,19,225 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və ya 15,6% artıb.

Seçilən
55
5
az.trend.az

10Mənbələr