Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Belə ki, Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.