AZ

“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər

“İnter” klubu Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində “Liverpul”la keçiriləcək matçdan öncə itkiylə üzləşib.

QOL.az xəbər verir ki, komandanın əsas mərkəz müdafiəçisi Manuel Akanji sözügedən qarşılaşmanı buraxa bilər. Məlumata görə, futbolçuda qrip simptomları aşkar edilib və o, bu səbəbdən komandanın son məşqində iştirak etməyib. Futbolçunun matçda oynayıb-oynamayacağı sabah keçiriləcək tibbi müayinədən sonra dəqiqləşəcək.

Xatırladaq ki, cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxan Akanji qol vura bilməyib.

Qeyd edək ki, “İnter” - “Liverpul” klubları arasında qarşılaşma 10 dekabrda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
qol.az

4Mənbələr