AZ

“Qalatasaray” həm icarəyə götürməyə, həm də birdəfəlik transfer etməyə hazırdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində komandanı tərk etməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Uqartenin çıxışını “Qalatasaray” yaxından izləyir.

İstanbul klubu uruqvaylı futbolçunu həm icarəyə götürməyə, həm də birdəfəlik transfer etməyə hazırdır.

Uqarte əvvəllər Ruben Amorimin (“Mançester Yunayted”in baş məşqçisi) rəhbərliyi altında “Sportinq”də oynasa da, portuqaliyalı mütəxəssis onun “Old Trafford”dakı performansından narazıdır.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 10 matça çıxıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.

Seçilən
54
sportinfo.az

1Mənbələr