AZ

"Düşünürəm ki, artıq oyunçular da nəticələrə görə utanır" - Sənan Qurbanov

"Neftçi" Misli premyer-liqasının 14-cü turunda "Sabah"ın meydanında uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Son üç oyunda mən və akademiyadakı məşqçilər gəldik, əlimizdən gələni etdik. Düşündük ki, komanda toparlanar və nəticələr yaxşı olar. Göründüyü kimi, alınmadı. Azarkeşləri üzdük. Son üç oyunu müqayisə etsək, ən pisi bugünkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana iki hücumçuyla çıxdıq ki, rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədi. Bunu da etdik. Oyuna təsir göstərməyə çalışsaq da, bəhrə vermədi.

- "Neftçi”də bu yay komandaya gələn Alessio Kurçidən başqası tapılmadı ki, məğlubiyyətə görə azarkeşlərdən üzrxahlıq etsin?
- Bütün futbolçuların azarkeşlərdən üzr istəməsi mümkündü. Düşünürəm ki, artıq oyunçular da nəticələrə görə utanır. Allah qoysa, qarşıdakı günlər "Neftçi” üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. “Neftçi”nin yaxşı olmasını arzulayırıq.

- Kenan Piriç 1-ci turdan bu yana səhvləri ipə düzür. Bu gün də birinci qolda səhv etdi. Amma ehtiyat oyunçular skamyasına göndərilmir. Bu qədər lüks hardandı? Sessi d'Almeyda da səhvlər etsə də, start heyətindədi. Onların ilk "11-lik"də qalmasının arxasında nə dayanır?
- Siz kənardan bəlkə daha yaxşı görürsüz. “Neftçi”nin oyunlarını izləyirdim. Qlobal dəyişiklik edə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım.

Seçilən
7
7
football-plus.az

10Mənbələr