AZ

Zelenski namizədlərini açıqladı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.

"Unikal" xəbər verir ki, namizədlər arasında nazirlər Denis Şmıqal və Mixail Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, Prezident Aparatının rəis müavini Pavlo Palisa və xarici işlər nazirinin müavini Sergey Kislitsa var.

"Hər halda, seçim edilməlidir və əgər bu uzun bir seçimdirsə, mən Aparat rəhbəri olmadan öhdəsindən gələ biləcəyimə və bəlkə də tamamilə onsuz yaşaya biləcəyimə öyrəşəcəyəm, amma qərar verməliyəm", - deyə Zelenski bildirib. 

Qeyd edək ki, noyabrın 28-də Prezident Aparatının rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki evində axtarış aparılıb. Daha sonra Zelenski Yermakı Prezident Aparatının rəhbəri vəzifəsindən azad etdiyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
2
unikal.az

3Mənbələr