AZ

Zamiqin komandası ikinci pilləyə yüksəldi

Albaniya çempionatında 15-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" “Vora”nı qəbul edib. Matça ehtiyatdan başlayan həmyerlimiz 78-ci dəqiqədə oyuna qoşulub. Görüş Zamiqin komandasının qələbəsi ilə başa çatıb - 2:0.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Eqnatiya” ikinci pilləyə yüksəlib. Komanda lider “Elbasani”dən cəmi 1 xal geri qalır.

Seçilən
71
2
football-plus.az

4Mənbələr