AZ

Macarıstanın xarici işlər naziri Rusiyaya səfər edib

Bakı, 9 dekabr, AZƏRTAC

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə gedib.

AZƏRTAC xəbər verir ki, səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.

Rusiya və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasları hər il Moskva və Budapeşt şəhərlərində növbə ilə keçirilir. Rusiya tərəfdən komissiyaya səhiyyə naziri Mixail Muraşko rəhbərlik edir.

Seçilən
44
3
azertag.az

5Mənbələr