AZ

Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakı. Trend:

Bakıda neft-qaz sənayesində mühüm əhəmiyyət daşıyan aktivlərintəhlükəsizliyi və istismar etibarlılığı mövzusunda beynəlxalqtədbir təşkil olunub.

Trend xəbərverir ki, "Asset Integrity & Corrosion and Coatings Conference"(Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlıkonfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini vətexnologiya təminatçılarını bir araya gətirib.

Tədbir aktivlərin bütövlüyünün qorunması, korroziyaya qarşımübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcudvəziyyətin və yeniliklərin müzakirəsinə həsr olunub. Konfransçərçivəsində sənayedə qarşıda duran risklər, texniki həllər vəbeynəlxalq təcrübə iştirakçılara təqdim olunur.

Konfrans iki əsas istiqaməti əhatə edir: Aktivlərin BütövlüyüKonfransı və Korroziya və Örtüklər Konfransı. Proqrama texnikisessiyalar, panel müzakirələri və şəbəkələşmə görüşləri daxildir.Bu format mütəxəssislər arasında fikir mübadiləsini və əməkdaşlığıngenişləndirilməsini məqsəd qoyur.

Tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirakedir. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən artıq şirkəttexnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən çox texnikisessiya, bir neçə panel müzakirəsi və müxtəlif şəbəkələşmətədbirləri nəzərdə tutulub.

Konfransın əsas məqsədi Xəzər regionunda enerji sektorunundavamlı inkişafına töhfə vermək, ətraf mühitin qorunması vəinfrastrukturun etibarlı istismarına dair qabaqcıl təcrübələrintətbiqini təşviq etməkdir. Tədbir neft, qaz sahəsində fəaliyyətgöstərən mütəxəssislər üçün mühüm müzakirə platforması kimiqiymətləndirilir.

Seçilən
26
3
az.trend.az

4Mənbələr