AZ

İsrail Livandakı hədəfləri vurub

İsrail ordusu Livanın cənubundakı bəzi hədəflərə gecə hava zərbələri endirib.

Herbiand.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumatında zərbələrin “Hizbullah”ın hərbi hədəflərinə yönəldiyi bildirilib.

Verilən məlumata görə, zərbələr Radvan xüsusi təyinatlı qüvvələrin təlim keçdiyi bazaya endirilib.

Məlumatda deyilir: “Bu obyektlərin sərhəd bölgələrində yerləşdirilməsi və orada hərbi təlimlərin keçirilməsi İsrail ilə Livan arasında atəşkəs sazişinin pozulmasıdır və İsrail dövləti üçün təhlükə yaradır".

Seçilən
13
1
herbiand.az

3Mənbələr