ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasında XIV tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə Mərdəkanda "Kəpəz" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcəklər. Bu komandalar son 5 gün ərzində ikinci dəfə üz-üzə gələcəklər. Noyabrın 4-də kubokun 1/8 final oyununda Azər Bağırovlu "Kəpəz" rəqibini əlavə vaxtda vurduğu yeganə qol (1:0) sayəsində yenərək 1/4-ə adlayıb. Ümumiyyətlə, kuboku da nəzərə alsaq, Elmar Baxşıyevin komandası son 7 oyunda cəmi 1 qələbə qazana bilib. Enişdə olan Naxçıvan təmsilçisi həm 3 oyunluq qələbəsiz seriyaya son qoymağa, həm də "Kəpəz"dən revanş almağa çalışacaq.
Günün digər oyununda "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Saşa İliçin komandası ilk "3-lük"dən aralanmamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, turun şənbə günü keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" xal bölgüsünə (1:1) razılaşıblar, bazar günü "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı darmadağın (3:0) edib, dünən isə "Sabah" "Neftçi" üzərində inamlı (2:0) qələbə qazanıb. "Qəbələ" - "Turan Tovuz" qarşılaşması duman səbəbindən yarımçıq dayandırılıb və qeyri-müəyyən müddətə təxirə salınıb.
Misli Premyer Liqası
14-cü tur
9 dekabr
17:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev, Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Liv Bona Dea Arena”.
19:30. “Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.