AZ

Premyer Liqa: “Kəpəz” və “İmişli” səfər sınağında

Azərbaycan Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək.

Msport.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.

Günün ilk matçında “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Sumqayıt” “İmişli”ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.

 

Premyer Liqa

XIV tur

9 dekabr

 

17:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov

VAR: Elçin Məsiyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Liv Bona Dea Arena”

 

19:30. “Sumqayıt” – “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” – “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Seçilən
12
6
msport.az

7Mənbələr