AZ

Sunamidə 30-dan çox adam xəsarət alıb

Yazını böyüt
Yazını kiçilt

Yaponiyada ötən gün baş verən şiddətli zəlzələdən sonra hündürlüyü 70 santimetri ötən sunami dalğaları yaranıb.

Hafta.az xəbər verir ki, Baş nazir Sanae Takaişi sunami nəticəsində azı 30 nəfərin xəsarət aldığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır.

28 mindən çox sakinin Hokkaydo adasından təxliyəsinə göstəriş verilib.

Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın şimalındakı Aomori prefekturasında 7,2 bal gücündə zəlzələ olub.

Seçilən
93
5
hafta.az

6Mənbələr