Bakı. Trend:
Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi 2024-cüilin yekunlarına görə 100 min tondan çox olub ki, bu da 2023-cüillə müqayisədə 5 faiz çoxdur.
Bu barədə Trend-əÖzbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.
Mənbənin məlumatına görə, bu dinamika iki ölkə arasında ticarətdövriyyəsindəki artımı və istehsalat kooperasiyasınıngenişlənməsini əks etdirir.
“Bununla yanaşı, Özbəkistan yüklərinin Azərbaycan ərazisindənkeçən tranzit axını artıq milyon tonlarla ölçülür. 2024-cü ildəOrta Dəhliz çərçivəsində Bakı limanı vasitəsilə Özbəkistandan 1milyon tondan çox yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 26faiz çoxdur”, – deyə nazirlikdə bildiriblər.
Qarşılıqlı tədarüklərin strukturundan danışarkən, qurumticarətin əsasını bir neçə iri məhsul qrupunun təşkil etdiyinivurğulayıb. Özbəkistan Azərbaycana əsasən kənd təsərrüfatıməhsulları, qida emalı məhsulları, kağız və kartondan hazırlanmışqablaşdırma materialları, nəqliyyat vasitələri və ehtiyathissələri, həmçinin mineral gübrələr ixrac edir.
“Öz növbəsində, Azərbaycandan idxal əsasən metal və metalməmulatları, ərzaq məhsulları (o cümlədən şəkər və onun emalməhsulları, taxıl və un-düyü məhsulları, meyvə), eləcə dəÖzbəkistanın müxtəlif sənaye sahələrində geniş istifadə olunanpolimer xammalı və plastik materiallarla təmsil olunur”, – deyənazirlikdən əlavə ediblər.