AZ

Gürcüstanda mitinqlərlə bağlı cəzalar sərtləşdirilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanda "Yığıncaqlar və mitinqlər haqqında" qanuna dəyişikliklər təklif edilib. Hakim partiyanın nümayəndəsi İrakli Kirçxalia bildirib ki, yeni qaydalara görə, aksiya təşkilatçıları artıq bələdiyyəyə deyil, Daxili İşlər Nazirliyinə məlumat verməli olacaqlar. Nazirlik təhlükə yarandığı halda aksiya marşrutunu və ya yerini dəyişməyi tələb edə bilər.

Tələbi qəbul etməyib eyni yerdə aksiyanı davam etdirən iştirakçılar 15 sutkayadək, təşkilatçılar isə 20 sutkayadək inzibati həbs oluna bilər. Təkrar hal baş verərsə, məsuliyyət artıq cinayət işi kimi araşdırılacaq və bir ilə qədər azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Kirçxalianın sözlərinə görə, dəyişikliklər ictimai qaydanın qorunması və adi vətəndaşların hüquqlarının təmin edilməsi məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
olaylar.az

1Mənbələr