AZ

Kambocaya qarşı əməliyyatlarda 1 Tailand əsgəri həlak olub, 29-u yaralanıb - YENİLƏNİB

Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tailand hərbçilərinin sayı 29 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Tailand Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.

"Silahlı toqquşmalar zamanı bir Tailand əsgəri həlak olub, 29-u yaralanıb", - o bildirib.

Qeyd edək ki, 8 dekabr tarixində Tailand ordusu Kamboca qüvvələrinin yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutmağa başladığını açıqlayıb.

***

07:28

Tailand ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını Tailand ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə Tailand kəşfiyyatı ölkə ərazisindəki sərhəd bölgəsində Kamboca hərbi qüvvələrinin toplandığını aşkar edib.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanaçaifan bildirib ki, Taylandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tailand ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Taylandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Tailandın şərq əyalətlərini yayılım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

Seçilən
17
2
apa.az

6Mənbələr