Olaylar.az xəbər verir ki, Səudiyyə rəhbərliyi bildirib ki, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.
Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.
İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.
Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.
Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.
Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir. (Milli.az)