Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
AFB
Bank son dövrlərdə maliyyə göstəricilərində əhəmiyyətli yüksəliş əldə edərək
inkişaf tempini davam etdirir. Bankın aktivləri 1 dekabr tarixinə 400 milyon manatı ötüb, kredit portfeli
isə 50% artaraq 283 milyon manat təşkil
edib. Bu müsbət dinamika AFB Bank-ın səmərəli idarəetmə modeli, risklərin
sağlam şəkildə idarə olunması və müştəri yönümlü strategiyasının uğurlu tətbiqinin
nəticəsidir.
Yeni
strategiya çərçivəsində Bank biznes subyektlərinə xidmət spektrini genişləndirərək
onların fəaliyyətini asanlaşdıran bir sıra yenilikləri istifadəyə verib. Sürətli Tender Qarantiyası xidməti
sahibkarlara girovsuz şəkildə, cəmi 1 iş günü ərzində tenderdə iştirak üçün tələb
olunan təminatı əldə etmək imkanı yaradır. Bununla yanaşı, tam yenilənmiş İnternet Bankçılığı platformasıkorporativ müştərilərə gündəlik əməliyyatları daha sürətli, funksional və təhlükəsiz
şəkildə həyata keçirmək imkanı verir. Bu həllər biznes proseslərinin rəqəmsallaşdırılmasını
və operativ qərarverməni daha da gücləndirir.
Strategiyanın
tərkib hissəsi olaraq fərdi müştərilərin ehtiyacları da xüsusi diqqətə alınıb. Onlayn Kredit müştərilərə sadə müraciət
prosesi, sürətli sənədləşdirmə və əlverişli ödəniş şərtləri təklif edir. Məhsulun
daha çevik mexanizmlə təqdim olunması gündəlik maliyyə ehtiyaclarına uyğun həllərin
əlçatanlığını artırıb və kredit portfelinin artımına müsbət təsir göstərib.
Bankın
maliyyə sabitliyinə və dayanıqlılığına olan etibarın əsas göstəricilərindən
biri də AFB Bank tərəfindən ilk dəfə buraxılan
İstiqrazlara investor tələbatının yüksək olmasıdır. Buraxılışın qısa müddətdə
tam yerləşdirilməsi bazarda bankın etibarlılığına olan inamı bir daha təsdiq
edib. İnkişafda olan AFB Bank-ın istiqrazları təklif edilən gəlirlilik də nəzərə
alınmaqla investorlar üçün cəlbedici investisiya alətinə çevrilmişdir.
Beynəlxalq
səviyyədə də Bankın maliyyə sabitliyi təsdiq olunub. Fitch Ratings beynəlxalq
reytinq agentliyi AFB Bank-a "B”
uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil” proqnoz verib. Bu qiymətləndirmə
Bankın güclü kapitallaşması, adekvat likvidlik ehtiyatları və stabil maliyyə
performansı ilə əsaslandırılıb.
AFB Bank-ın
İdarə Heyətinin sədri Amid Qənbərovbildirib:
"Bankın əldə etdiyi nəticələr təkcə satışa deyil,
eyni zamanda innovasiyaya, risklərin idarə edilməsinə və ən əsası insan
kapitalına qoyulan ardıcıl investisiyaların bəhrəsidir. Transformasiya
Strategiyasının tərkib hissəsi olan bu yanaşma Bankı daha dayanıqlı, daha çevik
və daha cəlbedici maliyyə institutu kimi möhkəmləndirir və AFB Bank bundan
sonra da dayanıqlı inkişafı, innovativ həllərin tətbiqini və yüksək xidmət
keyfiyyətini prioritet istiqamətlər kimi davam etdirəcək.Qeyd edək ki, AFB Bank hazırda ölkə
üzrə 11 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi
Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal
xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların
yaradılmasını hədəfləyir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.