AZ

Rubio və Kuper GÖRÜŞDÜ – Kiyevə dəstək DAVAM EDƏCƏK – FOTO

ABŞ və Britaniya üç əsas region üzrə həmrəylik nümayiş etdirib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Dövlət katibi Rubio və XİN rəhbəri Kuper Kiyevə dəstək və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Kuperlə görüş keçirib. Tərəflər Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün sıx əməkdaşlığa sadiq qaldıqlarını təsdiqləyib, Kiyevə dəstək istiqamətində səylərin gələcək koordinasiyasının zəruriliyini qeyd ediblər.

Rubio və Kuper həmçinin regionda davam edən gərginliyi nəzərə alaraq, Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsinə ortaq diqqət ayırdıqlarını vurğulayıblar.

Bundan əlavə, diplomatlar qanunun aliliyinə əsaslanan azad və açıq Hind-Sakit okean regionunun saxlanılmasının vacibliyini bir daha təsdiq ediblər. Qeyd olunub ki, Vaşinqton və London xarici siyasətin bütün qeyd olunan istiqamətləri üzrə birgə fəaliyyəti davam etdirəcəklər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
1
interpress.az

2Mənbələr