Ötən gün Masazırda baş verən dəhşətli qəzanın anbaan görüntüsü yayılıb.
Qəzaya səbəb “BMW” markalı avtomobilin sürücüsünün qaydaları kobud şəkildə pozaraq, döngədə ötmə əməliyyatı etməsi olub.
Qeyd edək ki, “Hyundai” ilə toqquşan “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə yolda həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Milli.Az