AZ

Xəzər dənizi üzərində 8 PUA vuruldu

Hava hücumundan müdafiə qüvvələri gecə Rusiya bölgələri və Xəzər dənizi üzərində 121 Ukrayna pilotsuz təyyarəsini vurub ki, bunlardan 49-u Belqorod bölgəsi üzərində olub.

Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

Məlumata görə, Belqorod bölgəsi üzərində 49 PUA, Krım Respublikası üzərində 22 PUA, Ryazan bölgəsi üzərində 10 PUA, Voronej bölgəsi üzərində 9 PUA, Xəzər dənizi üzərində 8 PUA, Rostov bölgəsi üzərində 5 PUA, Kalmıkiya Respublikası üzərində 5 PUA, Nijni Novqorod bölgəsi üzərində 4 PUA, Lipetsk bölgəsi üzərində 3 PUA, Kursk bölgəsi üzərində 2 PUA, Krasnodar bölgəsi üzərində 2 PUA, Bryansk bölgəsi üzərində 1 PUA və Tula bölgəsi üzərində 1 PUA zərərsizləşdirilib.


Seçilən
9
4
azia.az

10Mənbələr