AZ

ABŞ 8 min tələbənin vizasını ləğv edib Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...

ain.az bildirir, Mia.az portalına istinadən.

Bu ilin anvar ayından bəri, yəni son 11 ayda ABŞ-da ümumilikdə 85-dən çox viza ləğv edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi hesabat yayıb.

Hesabata əsasən, ləğv olunan vizalar içində tələbə vizaları da var: "8000-dən çox tələbənin də vizası müxtəlif səbəblərlə ləğv olunub".

Hesabatda qeyd olunub ki, bu, həm də prezident Donald Trampın ölkəyə yararsız adamların girişini məhdudlaşdırmaq siyasətindən qaynaqlanır: "Son bir ildə viza ləğvlərinin təxminən yarısı sərxoş vəziyyətdə avtomobil idarə etmək, dava-dalaş və oğurluq kimi cinayətlərə görə olub. Hətta terrorizmə dəstək kimi səbəbdən viza ləğvi halları da az deyil"

Viza ləğvlərində ifadə azadlığı ilə bağlı narazılıqlara gəldikdə isə, departament buna şərh verməyib.

Ancaq xəbərdə deyilir ki, əksər tələbələrin vizaları sosial mediada özgür fikirli statuslar paylaşmaları, bəzilərinin isə Qəzza məsəəsində İsraili ittiham etməsi səbəbindən ləğv olunub.

Yeri gəlmişkən, vizaları ləğv olunan tələbələr arasında azərbaycanlıların olub-olmaması bəlli deyil. Lakin görünən budur ki, bundan sonra ABŞ ünuniversitetlərinə qəbul olunan tələbələrin viza alması çox çətin olacaq. Hansı ki, belə əcaib hal İtaliya səfirliyi illərdir azərbaycanlı tələbələrə yaradıb. Təsəvvür edin ki,  İtaliyanın ən köklü universitetinə qəbul olunan, bəzi hallarda təqaüd belə qazanan tələbələr mövcud viza tələblərinə artıqlaması ilə əməl etsələr də, İtaliyanın Bakıdakı səfirliyi (konsulluq) əksəriyətinə rədd cavabı verir. Azərbaucanla üstün ticarət və dost əlaqəsi olmasına baxmayaraq, italyanların bu ğgey münasibəti isə əlbəttə, araşdırılmalı mövzudur...

Onu da qeyd edək kiş ötənil Plşa XİN bir çox ölkələrdəki səfirlikləriin rüşvət müqabilində viza verməsi faktına görə xeyli diplomatı vəzifədən azad etmişdi.     

Lamiyə

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
1
mia.az

2Mənbələr