Türkiyə Super Liqasının 15-ci həftəsində “Beşiktaş” ötən gecə doğma meydanda “Qaziantep FK” ilə bərabərə qalıb. Bununla da komanda azarkeşləri önündə ardıcıl 4-cü qələbə şansını əldən verib. Metbuat.az xəbər verir ki, final fitinin çalınması ilə “Beşiktaş”lı azarkeşlər rəhbərliyin və baş məşqçi Sərgən Yalçının istefasını tələb ediblər. Onlar Sərgəni bacarıqsızlıqda günahlandırıblar.Bu tələbə “Beşiktaş” klubunu dəstəkləyən idman mütəxəssisləri də qoşulublar. Onlar komandada “qan dəyişikliyinin” vaxtının çatdığını bildiriblər.Qeyd edək ki, bu mövsüm “Beşiktaş”ı 14 rəsmi matçda meydana çıxaran Sərgən Yalçının aktivində 6 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət var. O, hər oyunda orta hesabla 1,57 xal toplayıb.“Beşiktaş” Super Liqada doğma meydanda keçirdiyi son 4 matçda 2 heç-heçə və 2 məğlubiyyətlə 2006-cı ilin mayından bu yana ilk dəfə ardıcıl 4 ev oyununda qələbə qazana bilməyib.