“Şamaxı” ölkə çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 14-cü turuna təsadüf edib.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan-Yevlax”a üç cavabsız qolla qalib gəlib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.
Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta