AZ

Vergi Məcəlləsinə dəyişiklik edildi

Vergi Məcəlləsinə dəyişikliklər edilib.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, təklif olunan düzəlişlər Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlara, həmçinin bundan irəli gələn qanunun qüvvəyə minməsinə dair 19-cu maddəyə şamil olunur: "Əsasən dəqiqləşdirici xarakter daşıyır. Bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə hazırlanmış və tərəfimizdən qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. Müvafiq reqlamentə görə, təklif olunan dəyişikliklər qanun layihəsinin 1.24-cü, 1.32-ci, 1.40-cı, 3.3.2-ci, 12.3-cü, 19.4-cü və 19.5-ci maddələrində öz əksini tapıb".

Seçilən
57
2
publika.az

5Mənbələr