Bakı. Trend:
Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və builin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollarartaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyardmanatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat)üstələyir.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanunlayihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, hazırda valyuta ehtiyatlarımız xariciborcumuzdan 17 dəfə çoxdur.
“Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və“Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdəiqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiyamühitinin səviyyəsini təsdiq edir.
Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevinrəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin vəislahatların təzahürüdür”, - deyə o vurğulayıb.