AZ

"İqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq" - Baş nazir

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Baş nazir Əli Əsədov bildirdi.

O, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətlərini açıqladı:

Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
Təmiz ətraf mühit və yaşıl artımın təmin olunması.

Baş nazir dedi ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48,8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9 faizdir:

"Makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.
Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş iqtisadi infrastrukturun müasirləşdirilməsinnovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilmişdir.
Orta müddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər strategiyanın başlanğıc dövründə - 2022-ci ildə ÜDM həcminin cəmi 52 faizini qeyri-neft sektoru təşkil edirdisə, 2025-ci ildə bu 72 faizdir, 2029-cu ildə bu 80 faizdən artıq olacaq".

Aminə ŞAHSUVARQIZI

Seçilən
30
14
redaktor.az

10Mənbələr