Çex Respublikasında yeni Baş nazir təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters“ə istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Petr Pavel ANO partiyasının lideri, milyarder Andrey Babişi Baş nazir təyin edib.
Qeyd edək ki, ANO partiyası Çexiyada 3-4 oktyabr tarixlərində keçirilən parlament seçkilərində qalib gəlib.