AZ

Bolqarıstan Hərbi Dəniz Qüvvələri yeni tipli patrul gəmisi ilə güclənib

Varna hərbi-dəniz bazasında ilk MMPV sinifli çoxməqsədli patrul gəmisində Bolqarıstan Hərbi Dəniz Qüvvələri üçün bayraq qaldırma mərasimi keçirilib. Gəmi MTG Dolphin gəmiqayırma zavodunda inşa edilib.

Herbiand.az bildirir ki, bu barədə Bolqarıstan teleqraf agentliyi məlumat verib.

Tədbirdə Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov və digər rəsmi şəxslər iştirak ediblər.

2020-ci ilin noyabr ayında Bolqarıstan Müdafiə Nazirliyi Almaniyanın Lürssen Werft qrupu ilə iki MMPV sinifli patrul gəmisinin tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 984 milyon BGN (təxminən 503 milyon avro) təşkil edib.

MMPV sinifli gəmilərin uzunluğu 90 metrdir. Silahlanmaya 76 mm-lik top dəsti, dörd RBS-15 gəmi əleyhinə raket, VL MICA zenit raket sistemi, yaxın məsafəli döyüş üçün 35 mm-lik döyüş modulu və yüngül 324 mm-lik torpedalar daxildir. İnteqrasiya olunmuş döyüş sistemi İsveçin Saab şirkəti tərəfindən təmin edilir. Anqarda AS-565MB “Panther” helikopteri yerləşə bilər.

Ekipaj uçuş heyəti də daxil olmaqla 70 nəfərdən ibarətdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
73
herbiand.az

1Mənbələr