“Qalatasaray” UEFA Çempionlar Liqasında növbəti matçına çıxır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu gün səfərdə “Monako” ilə üz-üzə gələcək. Görüş ölkəmizdə canlı yayımlanacaq.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə nümayiş etdiriləcək. Azarkeşlər görüşə TRT 1-dən də baxa biləcəklər.
Xatırladaq ki, “Monako” – “Qalatasaray” matçı saat 00:00-da start götürəcək.