AZ

7,5 ballıq zəlzələdən sonra sunami də baş verdi Yaralananlar var FOTO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Yaponiyanın şimalında 7,5 bal gücündə güclü zəlzələ baş verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, zəlzələ 23 nəfərin yaralanmasına və Sakit okean sahillərindəki icmalarda sunaminin yaranmasına səbəb olub. Səlahiyyətlilər ehtimal olunan yeraltı təkanlar və meqazəlzələ riskinin artması barədə xəbərdarlıq edib.

Yaponiya hökuməti hələ də Yaponiyanın Aomori sahillərindən təxminən 80 kilometr (50 mil) kənarda, Sakit Okeanda təxminən 23:15-də baş vermiş sunami və axşam saatlarında baş verən zəlzələdən dəyən ziyanı qiymətləndirirlər.

Yaponiya Meteorologiya Agentliyinin bildirdiyinə görə, 50 santimetrə qədər olan sunami səviyyəsi bölgədəki digər sahil icmalarını vurub.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi 1-i ağır olmaqla 23 nəfərin yaralandığını bildirib. 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
2
news.milli.az

3Mənbələr