AZ

Sosial yardım alanlara sevindirici xəbər Milli Məclis qərar verdi

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
6
news.milli.az

10Mənbələr