AZ

Bakıda 61 yaşlı kişi iş yerində öldü

Qaradağ rayonunda 61 yaşlı kişi iş yerində ölüb.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisindəki uşaq bağçasının həyətində baş verib.

Bağçanın gözətçisi, 1964-cü il təvəllüdlü Zülfi Mustafayev iş yerinin həyətində özünü qəfil pis hiss edib. O, ürək çatışmazlığından həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
2
konkret.az

3Mənbələr